Slimfit
  1. İQTİSADİYYAT

Vergiləri vaxtında ödəməyənlərə daha yumşaq cəza – Məcəlləyə dəyişiklik

Vergiləri vaxtında ödəməyənlərə daha yumşaq cəza – Məcəlləyə dəyişiklik
Sakura

Vergiləri vaxtında ödəməyənlərə daha yumşaq cəza – Məcəlləyə dəyişiklik

Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti yumşaldılması nəzərdə tutulur.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 213-cü maddəsinə dəyişiklik təklif olunur.

Hazırda qüvvədə olan məcəllənin 213.1-ci maddəsinə əsasən, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət sayılır.

Bu cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulur. Həmçinin, sözügedən əməllər üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yeni qanun layihəsində isə cərimə məbləğinin vurulmuş ziyanın iki mislindən üç mislinədək olacağı göstərilir.

Cinayət Məcəlləsinin hazırkı variantına əsasən, eyni əməllər mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda törədildikdə ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Təklif olunan variantda isə ziyanın üç misli miqdarı olması nəzərdə tutulur.

Qanun layihəsi Milli Məclisin aprelin 17-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR