Dərc edildi: Baxış sayı: 421
Vergilər Nazirliyinin vergi ödəyicilərinə müraciəti
Vergilər Nazirliyi şənbə günü iş rejimi ilə bağlı vergi ödəyicilərinə müraciət edib. Nazirlikdən fins.az-a verilən məlumata görə, vergi ödəyicilərinə xidmət mərkəzləri həftənin şənbə günü, 12 yanvar 2019-cu il tarixdə, saat 10:00-dan 14:00-a qədər fəaliyyət göstərəcəkdir. Həmin gün xidmət mərkəzlərində yalnız “Məcburi dövlət sosial sığortası üzrə” və “İşsizlik sığortası üzrə” rüblük hesabatlar və vergi bəyannamələrinin təqdim edilməsi ilə bağlı köməklik göstəriləcəkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət