Slimfit
  1. İQTİSADİYYAT

Vergilər Nazirliyində struktur dəyişikliyi aparılıb

Vergilər Nazirliyində struktur dəyişikliyi aparılıb
Sakura

Vergilər Nazirliyində struktur dəyişikliyi aparılıb

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb. 

Report” xəbər verir ki, Nazirliyin iki departamentində dəyişiklik olub, 1 yeni departament yaradılıb.

Bundan sonra Ələkbər Məmmədovun rəhbərlik etdiyi Dövlət Qeydiyyatı və Uçota Nəzarət Departamentinin adı dəyişdirilərək Dövlət Qeydiyyatı Departamenti, Natiq Şirinovun baş direktor olduğu İqtisadi Təhlil Departamenti isə İqtisadi Təhlil və Uçota Nəzarət Departamenti adlanacaq.

Birinci departamentə rəhbər olaraq Ələkbər Məmmədov, ikincisinə isə Natiq Şirinov təyin edilib.

Bundan əlavə bəyannamələrlə bağlı səlahiyyətlər Natiq Şirinovdan alınıb və Nazirlikdə Bəyannamələr və Kameral Vergi Yoxlamalarına Nəzarət Departamenti yaradılıb. Onun da baş direktoru Elçin Ağakişiyev təyin edilib.

Vergilər Nazirliyinin Apelyasiya Şurasının üzvü olan Elçin Ağakişiyev buna qədər İqtisadi Təhlil Departamentinin baş direktorunun müavini vəzifəsində çalışıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR