Slimfit
  1. AZƏRBAYCAN

Vergilər Nazirliyi 300 min manat borca görə - Zavodu satışa çıxarıb

Vergilər Nazirliyi 300 min manat borca görə  - Zavodu satışa çıxarıb
Sakura

Vergilər Nazirliyi 300 min manat borca görə - Zavodu satışa çıxarıb

Vaxtilə Azərbaycanın iri balıqçılıq təsərrüfatlaından olan “Neftçala Balıq Kombinatı” ASC-yə məxsus əmlaklar hərraca çıxarıb. FED.az  xəbər verir ki, buna səbəb kombinatın illirdir yığılıb qalan vergi borcu və onu ödəyə bilməməsidir.

FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, “Neftçala Balıq Kombinatı” ASC-yə məxsus 2 əmlak hərraca çıxarılıb. 1-ci əmlakın tam dəyəri 39 min 665 manat, ilkin hərrac qiyməti 31 min 732 manat, beh isə 3 min 173 manat təşkil edir. 2- ci əmlakın tam dəyəri 77 min manat, ilkin hərrac qiyməti 61 min 600 manat, beh isə 6 min 160 manat təşkil edir. Maraqlıdır ki, əmlaklar artıq bir neçə dəfə hərraca çıxarılıdıtına və satılmadığına görə, dəyərindən aşağı qiymətə təklif edilir.

Məlumat üçün qeyd edək ki, kombinatdakı əmlaklar əsasən: dəzgahlar, avadanlıqlar, bina və digərləridir.

Əmlaklar Neftçala rayonu,Bankə qəsəbəsi, Ə.Məmmədov küçəsi 1 də yerləşir .

Xatırladaq ki, “Neftçala Balıq Kombinatı” ASC 2001-ci ildən sonra fəaliyyətini dayandırıb və hal-hazırda işləmir.  Kombinatın rəhbəri Bəxtiyar Ağayev bildirib ki, işləmədiyi halda kombinatın vergi borcu əmlak və torpaq vergisi hesabına şişib və hazırda 298,4 min manata çatıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR