Slimfit
  1. AZƏRBAYCAN

Vergilər nazirinin müavinləri İmişli və Ağsuda vətəndaşları qəbul edəcək

Vergilər nazirinin müavinləri İmişli və Ağsuda vətəndaşları qəbul edəcək
Sakura

Vergilər nazirinin müavinləri İmişli və Ağsuda vətəndaşları qəbul edəcək

İyunun 14-də Vergilər nazirinin müavini Sahib Ələkbərov İmişli rayonunda yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: İmişli şəhəri, 20 Yanvar küçəsi) İmişli, Ağcabədi, Beyləqan, Xocavənd, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, Vergilər nazirinin müavini Mətin Eynullayev isə həmin gün Ağsu rayonundakı Vergiödəyicilərinə xidmət mərkəzində (Ünvan: Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi) Ağsu, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar iyunun 11-13-dək Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə, Şamaxı rayonunda 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli, Ağcabədi, Ağsu və Qobustan rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR