Vergilər naziri İsrailin müdafiə naziri ilə görüşüb
Vergilər naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Bakıda səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Görüşdə iki ölkə arasındakı yüksəksəviyyəli münasibətlərdən məmnunluq ifadə edilib, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycan ilə İsrail arasında iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Tərəflər iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinin mühümlüyünü vurğulayıb, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət