Slimfit
  1. AZƏRBAYCAN

Vergilər naziri Göyçayda vətəndaşları qəbul edib

Vergilər naziri Göyçayda vətəndaşları qəbul edib
Sakura

Vergilər naziri Göyçayda vətəndaşları qəbul edib

Vergilər naziri Mikayıl Cabbarov Göyçay şəhərində 9 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. 

Bu barədə “Report”a Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, qəbulda Göyçay, Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Yevlax, Bərdə, Tərtər, Ağdam, Şəki rayonlarının və Mingəçevir şəhərinin sakinləri iştirak edib. Vətəndaşlar əsasən, vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və elektron qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı məsələləri ilə əlaqədar müraciət ediblər. Onların müraciətləri dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyəti tapşırıqlar verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR