Slimfit
  1. İQTİSADİYYAT

Vergi qanunvericiliyini pozmuş vergiödəyicilərinə müxtəlif maliyyə sanksiyaları tətbiq edilir

Vergi qanunvericiliyini pozmuş vergiödəyicilərinə müxtəlif maliyyə sanksiyaları tətbiq edilir
Sakura

Vergi qanunvericiliyini pozmuş vergiödəyicilərinə müxtəlif maliyyə sanksiyaları tətbiq edilir

Sadələşdirilmiş vergiödəyicilərinə vergi qanunvericiliyinin pozulmasına görə hansı maliyyə sanksiyaları tətbiq olunur?

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın bu sualına cavab olaraq bildirilib ki, sadələşdirilmiş verginin ödəyicilərinə vergi qanunvericiliyinin pozulması hallarına görə aşağıda göstərilən maliyyə sanksiyaları və faizlər tətbiq edilə bilər:

- Sadələşdirilmiş verginin hesabatını və ya vergi öhdəliyinin yaranmaması haqqında arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergiödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;

- Aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergiödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində;

- Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılıbsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa vergiödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında;

- Təqvim ili ərzində nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergiödəyicisinə:

Birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə 800 manat, üç və daha çox olduqda 1200 manat məbləğində cərimə müəyyən edilir.

Həmçinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan çox olan sadələşdirilmiş vergitutma metodunu seçmiş ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olanlar bu qaydaları birinci dəfə pozduqda 2000, ikinci dəfə 4000, üç və daha çox olduqda isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Sadələşdirilmiş vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ona ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir il müddətindən çox olmamaq şərtilə, ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz hesablanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR