Dərc edildi: Baxış sayı: 282
Vergi orqanlarının vəzifəli şəxslərinə məzuniyyətə çıxarkən müavinət ödəniləcək
Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə (III oxunuş) təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.
Layihə plenar iclasda səsverməyə çıxarılaraq qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət