Slimfit
  1. AZƏRBAYCAN

Vergi ombudsmanı hansı işləri görəcək? – Açıqlama

Vergi ombudsmanı hansı işləri görəcək? – Açıqlama
Sakura

Vergi ombudsmanı hansı işləri görəcək? – Açıqlama

Azərbaycan üçün vergi ombudsmanı yeni institut ola bilər. Onun yüksək statusu və geniş səlahiyyətləri sahibkarlar üçün əlavə və mühüm dəstək ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycanda yanvar ayının 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib:

“Dəyişikliklər kifayət qədər geniş sahələri əhatə etsə də, bunun böyük hissəsi sahibkarlara böyük hüquqlar bəxş edib. Yəni şəffaflığın, uçotluluğun, daha leqal işləməyin imkanlarının artması ilə bərabər, sahibkarların öz hüquqlarını bilməsi və bu hüquqlardan istifadə etməsi də kifayət qədər önəmlidir. Çünki bir çox hallarda sahibkarların öz hüquqlarını bilməməsi qanunvericiliyin onların özü tərəfindən pozulmasına gətirib çıxarır. Eyni zamanda bəzi məmurlar sahibkarların öz hüquqlarını bilməməsindən sui-istifadə etməyə də çalışır. Bütün bunlar sonda Azərbaycanda sahibkarlıq mühitinə müəyyən dərəcədə maneələr və çətinliklər yaradır. Bu bir prosesdir, çağırışdır. Bu prosesləri keçməyin ən yaxşı yolu innovativ metodların tətbiq olunmasıdır”.

Millət vəkili qeyd edib ki, bu gün dövlət həm informasiya kommunikasiya texnologiyalarının inkişafında, həm də sahibkarlara fərqli yanaşmaların olmasında maraqlıdır:

“Digər bir tərəfdən isə məmur-sahibkar münasibətlərində daha çox innovasiyalardan istifadə olunması ilə bağlı yeni imkanlar yaradılır. Vergi ombudsmanının yaradılması bu baxımdan yeni təşəbbüsdür və kifayət qədər önəmlidir. Bu, xarici ölkələrdə çoxdan tətbiq olunan və effekt verən metoddur. Bunun ölkəmizdə tətbiqi də kifayət qədər faydalı və səmərəli olacaq. Çünki vergi ombudsmanı vasitəsi ilə məhz sahibkarların hüquqlarının daha çox qorunması və eyni zamanda bu qorunmanın mərkəzləşmiş formada aparılması sahibkarlar üçün çox faydalı olacaq. Vergi ombudsmanının yaradılması sahibkarların şikayətlərinin, müəyyən dərəcədə hüquqlarının qorunması ilə bağlı müraciətlərinin kimə, hansı formada edilməsinin bir mexanizmini yaradacaq. Azərbaycanda vergi ombusdmanının yaradılması vergi mədəniyyətində də mühüm bir dəyişikliyə səbəb olacaq. Bu dəyişiklik sahibkarlığın inkişaf etdirilməsinə, vergilərin daha tez zamanda daha çox yığılmasına və mühüm olan vergi və sosial siyasət arasında əlaqənin qurulmasına imkan verəcək. Bu üsulun tətbiqi bizim hədəflərimizə yaxın vaxtda nail ola bilməyimiz üçün mühüm bir irəliləyişdir”.

T.Mirkişilinin sözlərinə görə, vergi (biznes) ombudsmanı dünyanın bir çox ölkələrində var:

“ABŞ, Avstraliya, Cənubi Koreya, Böyük Britaniya, İtaliya, İspaniya, Rusiya, Qazaxıstan və s. kimi ölkələrdə bu institut səmərəli fəaliyyət göstərir. Təcrübədə vergi (biznes) ombudsmanı təkcə problemləri həll etmək üçün deyil, sahibkarlığın gələcək inkişafı üçün mühüm şərait yaratmaq üçün də yaradılır. Çünki vergi siyasətinin məqsədi təkcə vergi yığmaqdan ibarət deyil. Bu fiskal siyasətin bir hissəsidir. Vergilər iqtisadiyyatda sahibkarlığın inkişafı baxımından da çox mühüm rol oynayır. Dövlət tərəfindən sahibkarlığın inkişaf etdirilməsində verginin alət kimi istifadə edilməsi metodunda vergi ombudsmanının rolu inkişaf etmiş ölkələrdə çox geniş yayılmış təcrübədir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR