Slimfit
  1. İQTİSADİYYAT

Vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilir

Vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilir
Sakura

Vergi öhdəlikləri ilə bağlı tələblər sərtləşdirilir

Parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən satınalma prosedurlarında iştirak edən malgöndərənlərin (podratçıların) vergi öhdəlikləri ilə bağlı tələblər daha da sərtləşdirilir.

Belə ki, qüvvədə olan qanuna əsasən, satınalmada iştirak edənlərin vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş  öhdəlikləri olmamalıdır. Təklif edilən dəyişikliyə əsasən, həm də son 1 il ərzində vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması tələb ediləcək.

Təklif olunan dəyişiklikdə məqsəd satınalma prosedurlarında iştirak etmək istəyənlərin vergiləri vaxtında və tam ödəməsinə məsuliyyətini artırmaqdır.

Qeyd edək ki, dəyişikliklər layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR