Slimfit
  1. İQTİSADİYYAT

Vergi ödəyicilərinin "hesaba sərəncam"dan canı qurtarır - Qanunda yenilik

Vergi ödəyicilərinin "hesaba sərəncam"dan canı qurtarır - Qanunda yenilik
Sakura

Vergi ödəyicilərinin "hesaba sərəncam"dan canı qurtarır - Qanunda yenilik

Bu ildən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də inzibati şikayətlər zamanı vergi orqanının hesabladığı vergi məbləğlərinin vergiödəyicilərinin bank hesabından silinməsinin qadağan olunmasıdır.

FED.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev deyib.

Onun sözlərinə görə, 2018-ci ilin sonunadək qüvvədə olan qanunvericiliyə görə, vergi orqanı sahibkara qarşı sanksiya tətbiq etdikdə həmin vəsait dərhal sahibkarın bank hesabından silinirdi. Sonradan məhkəmə çəkişməsi zamanı vergiödəyicisi haqlı sayıldığı hallarda, həmin vəsaitin geri qaytarılması müəyyən vaxt tələb edirdi və sahibkarların narazılığına səbəb olurdu.

2019-cu ildən isə vergiödəyicisi vergi orqanından şikayətçi olduğu zaman onun bank hesabından vəsaiti silinməyəcək: “Bank hesabından pulun silinməsi yalnız məhkəmənin qərarı ilə həyata keçiriləcək. İndiyə qədər vergiödəyicisi 30 gün ərzində məhkəməyə şikayət etdiyi halda, onun bank hesabındakı vəsaitinin silinməsi dayandırılırdı. Bundan sonra isə həmin qayda inzibati şikayətlərə də şamil olunacaq. Yəni vergiödəyicisi vergi orqanının hesablamalarından Vergilər Nazirliyinə şikayət verdiyi halda, onun bank hesabından vəsaitin silinməsi dayandırılacaq. Bu qayda ƏDV depozit hesabından vəsaitlərin silinməsindən imtina edilməsi və həmin vəsaitlərin dondurulmasına da tətbiq olunur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR