Slimfit
  1. AZƏRBAYCAN

Vergi hesabatlarını ödəyicilər hazırlamayacaq

Vergi hesabatlarını ödəyicilər hazırlamayacaq
Sakura

Vergi hesabatlarını ödəyicilər hazırlamayacaq

Vergi hesabatlarını vergi orqanları hazırlayacaq.

Bunu Oxu.Az-a açıqlamasında Vergilər Nazirliyində Rəqəmsal vergi inzibatçılığı departamentinin informasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Aqşin Məcidov bildirib. 

O deyib ki, nazirlik İnternet Vergi İdarəsinin fəaliyyətində yeniliklərin tətbiqinə hazırlaşır:

“Bununla bağlı olaraq, İnternet Vergi İdarəsinin yeni versiyasının hazırlanması, elektron xidmətlərin həm interfeys, həm də prosedur baxımından təkmilləşdirilməsi (3 klikdən istifadə etməklə öz fəaliyyətini həyata keçirməyə imkan verən sistemin tətbiqi), digər dövlət qurumları ilə inteqrasiyasının genişləndirilməsi, informasiya texnologiyası arxitekturasının optimallaşdırılması nəzərdə tutulub. Tətbiq ediləcək yeniliklərdən biri də bəyannamələrin hazırlanması ilə bağlıdır”. 

A.Məcidov bildirib ki, hazırda vergi bəyannamələri vergi ödəyiciləri tərəfindən tərtib olunur və nazirliyə təqdim edilir. Lakin bəyannamələrin tərtibatı zamanı vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər:

“Bu baxımdan, Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR