Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Vərəm neolit dövründə meydana gəlib

Vərəm neolit dövründə meydana gəlib
Sakura

Vərəm çubuğunun 2-6 min il əvvəl ümumi əcdaddan ayrıldığı müəyyən edilib

İsveç Təbiət Tarixi Muzeyindən olan antropoloqlar Peder Yensen Vinstrup adlı bir yepiskopun (baş keşiş) ciyərlərində kiçik bərkimələr aşkar ediblər. Bərkimələrin meydana gəlməsi vərəmin nəticəsi idi.  Yepiskop,  Danimarka-İsveç mənşəli olub və 17-ci əsrdə dünyasını dəyişib.

 Maks Plank İnsan Tarixi İnstitutunun həmkarlarının dəstəyi ilə tədqiqatçılar Kox çöplərinin genomunu çıxara və patogenin mənşəyini izləyə biliblər.  Nəticədə, vərəm çubuğunun  2-6 min il əvvəl ümumi əcdaddan ayrıldığı müəyyən edilib.

 Ens.az saytı "Naked Science" a istinadən qeyd edir ki, əldə olunan yeni nəticələr, vərəm xəstəliyinin bəşəriyyəti daha uzun müddət  - Afrikadan miqrasiya dövründən bəri  müşayiət etdiyi barədə irəli sürülən fərziyyələri təkzib edir.

 Bununla belə, alimlər  hələ qəti nəticələr çıxarmayıblar və kox çöplərinin neolit mənşəli olduğuna dair daha inandırıcı dəlili,  yalnız daha yaşlı bir bakteriya genomunu öyrənməklə əldə edə biləcəklərinə inanırlar.

Mənbə: diletant.media

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR