Slimfit
  1. DÜNYA

Venesuelada iki deputat parlament toxunulmazlığından məhrum edilib

Venesuelada iki deputat parlament toxunulmazlığından məhrum edilib
Sakura

Venesuelada iki deputat parlament toxunulmazlığından məhrum edilib

Venesuelanın Milli Təsis Yığıncağı çərşənbə günü öz xüsusi iclasında parlamentin müxalifətdən olan deputatları Xulio Borxes və Xuan Rekesensi toxunulmazlıq hüququndan məhrum edib.

Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, müvafiq qərar prezident Nikolas Maduronun ötən gün onların hər ikisini dronlardan istifadə yolu ilə sui-qəsddə iştirakda günahlandırmasından sonra qəbul olunub.

Borxes bu ittihama cavabında baş verənləri məzhəkə adlandırıb. O həmçinin hakimiyyəti deputat Rekesensi parlament toxunulmazlığı olduğu halda oğurlamaqda ittiham edib.

Borxes və Rekesensin toxunulmazlığının ləğvinə Təsis Yığıncağının, əsasən Maduro tərəfdarlarından ibarət olan bütün üzvləri səs verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR