Dərc edildi: Baxış sayı: 458
Venesuela yenə işıqsız qaldı
Venesuelanın böyük bir hissəsi işıqsız qalıb
“El Nacional” nəşrinin məlumatına görə, hazırda ölkənin 21 ştatında elektrik verilişi kəsilib.
İşıqların sönməsi ölkənin milli elektrik enerji şəbəkəsinin 48 saatlıq “blekaut”dan (günün qaranlıq vaxtı elektrik enerji sistemində baş verən qəza - red.) sonra bərpa olunduğu bir vaxtda müşahidə olunub.
Mirand ştatının qubernatoru yerli hökumətin vətəndaşların təhlükəsizliyi məqsədilə küçələrdə polis patrulunu gücləndirəcəyini bildirib.
Venesuela hökuməti ölkənin elektrik təchizatında yaranan böhranı ABŞ-ın təxribatı sayır.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət