Dərc edildi: Baxış sayı: 484
Venesuela prezidenti mitinqdə xanımı ilə rəqs edib
Venesuela prezidenti Nikolas Madurodünən Karakasda keçirilən mitinq zamanı xanımı Sili ilə oynayıb.
Bu barədə "Report" BBC-ə istinadən bildirir.
Məlumata görə, mitinq humanitar yardım haqqında xəbərlər fonunda keçirilib. Santa-Elena-de-Uayren şəhərində nümayişçilərlə Venesuelanın Milli Qvardiyasının əməkdaşları arasında toqquşmalar zamanı ölənlərin sayı 4 nəfərə, yaralıların sayı 20 nəfərə çatıb.
Qeyd edək ki, aksiya prezidentə dəstək məqsədilə təşkil olunub.
Daha əvvəl Venesuela lideri bildirib ki, onun ölkəsi Kolumbiya ilə diplomatik və siyasi münasibətləri kəsir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət