Dərc edildi: Baxış sayı: 826
Türkiyənin XİN rəhbəri Mevlud Çavuşoğlu maraqlı açıqlama verib.
“Ölkə.Az” xəbər verir ki, açıqlamaya əsasən, Venesuela prezidenti Nikola Maduro “Diriliş Ertuğrul” serialının böyük pərəstişkarıdır və serial sayəsində İslamı qəbul edə biləcəyini bildirib.
“Sentyab ayında Venesuelaya səfər etdim və ikitərəfli görüşlər keçirdim. Maduro “Bu serial əsl İslamı öyrədir. Bəlkə bir gün bu serial sayəsində müsəlman olacam” dedi. Maduroya çəkiliş meydançasındakı video çarxımı göstərdim. Qışqıraraq sevinib ayağa qalxdı. İslamı qəbul edə biləcəyini dedi. Bunu eşidəndə qürur duydum və xoşbəxt oldum”, - deyə Mevlud Çavuşoğlu bildirib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət