Slimfit
  1. DÜNYA

Venesuela Kolumbiya ilə sərhədləri açdı

Venesuela Kolumbiya ilə sərhədləri açdı
Sakura

Venesuela Kolumbiya ilə sərhədləri açdı

Venesuela prezidenti Nikolas Maduro 22 fevraldan bağlı olan Taçira (Tachira) əyalətindəki Kolumbiya sərhədinin açılacağını elan etdi. 

  İctimai media hesabından etdiyi paylaşmada Maduro bildirdi: "8 iyundan başlayaraq Taçira əyalətindəki Kolumbiya sərhədimizin açılması üçün təlimat verdim. Biz müstəqilliyimizi və taleyimizi təyinetmə haqqımızı möhkəm şəkildə qoruyan bir millətik."

  Xatırladaq ki, Maduro hökuməti Venesuelada özünü müvəqqəti prezident elan edən Xuan Quaydonun (Juan Guaido) başçılığı ilə müxalifətin 23 fevralda Amerika Birləşmiş Ştatlarının Venesuelaya göndərdiyi "humanitar yardımları" ölkəyə buraxma cəhdilə əlaqədar ölkəsi ilə Kolumbiya arasındaki sərhədi bağlama qərarı vermişdi. Qərarla bağlı Kolumbiya hökuməti ciddi və qeyri-qanuni təhdidlər etmişdi.

  Qeyd edək ki, Venesuelanın Tachira əyalətində ölkəni Kolumbiya ilə bağlayan Fransisko de Paula Santander (Francisco da Paula Santander), Simon Bolivar və Las Tienditas adları ilə 3 beynəlxalq sərhəd körpüsü var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR