Slimfit
  1. CƏMİYYƏT

Vəkilliyə qəbulla bağlı yazılı test imtahanı keçiriləcək

Vəkilliyə qəbulla bağlı yazılı test imtahanı keçiriləcək
Sakura

Vəkilliyə qəbulla bağlı yazılı test imtahanı keçiriləcək

Məlum olduğu kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsində iştirak üçün sənəd qəbulu davam etməkdədir.

Trend-in məlumatına görə, imtahanda iştirak üçün 300-dən çox namizədin sənədinin qəbul olunduğunu və yerlərin məhdud olması ilə əlaqədar hər imtahanda 250 namizədin iştirak edəcəyini nəzərə alaraq, sentyabr ayında ardıcıl imtahanların keçirilməsi nəzərdə tutulub.

Qeyd olunmalıdır ki, vəkilliyə qəbulla bağlı hüquqşünas ixtisası üzrə tələb olunan 3 il iş stajının tamamlanmasına 3 ay qalmış şəxslər Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərlər.

Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində yerləşdirilmiş bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini orkhan.babayev@barassociation.az elektron poçt ünvanına göndərməlidirlər.

Əlavə məlumat üçün +99412 594 14 95 telefon nömrəsilə əlaqə saxlaya bilərsiniz.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR