Slimfit
  1. AZƏRBAYCAN

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin keçiriləcəyi tarix açıqlanıb

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin keçiriləcəyi tarix açıqlanıb
Sakura

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin keçiriləcəyi tarix açıqlanıb

 Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək. 

Kollegiyadan "Report"a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada olacaq. 

Dekabrın 23-də keçiriləcək yazılı test imtahanında 180 nəfərin iştirakı nəzərdə tutulub. Odur ki, vəkilliyə qəbul imtahanlarında iştirak etmək istəyən şəxslər dekabrın 20-dək davam edəcək sənəd qəbulunda 140 nəfərin sənədinin qəbul olunduğunu və vəkilliyə qəbul imtahanının yazılı-test mərhələsində iştirak üçün 40 yerin qaldığını nəzərə almalıdırlar.

Eyni zamanda, vəkil olmaq üçün tələb olunan 3 il hüquq stajının tamam olmasına 3 ay qalmış şəxslər Azərbaycan Vəkillər Kollegiyasının sənəd qəbulu komissiyasına müraciət edə bilərlər.

Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitmentkeçidində göstərilən ankent-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini dekabrın 20-dək orkhan.babayev@barassociation.az elektron poçt ünvanına göndərməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR