Slimfit
  1. CƏMİYYƏT

Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək

Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Sakura

Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri vətəndaşlara pulsuz hüquqi yardım göstərməkdə davam edir. 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin 30 iyul 2020-ci il tarixli qərarına əsasən Qurban bayramı və “30 iyul - Azərbaycan vəkilliyinin təşkili” günü münasibətilə əlaqədar 3-7 avqust.2020 tarixləri arasında hər gün saat 10:00-dan 18:00-dək “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu tərəfindən aztəminatlı əhaliyə pulsuz hüquqi xidmətlərin (şifahi və yazılı formada)  göstərilməsi nəzərdə tutulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələri nəzərə alınaraq, respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə vətəndaşların onlayn (distant) qəbuluna üstünlük veriləcəkdir. 

Hüquqi yardım üçün müraciət etmək istəyən şəxslər aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlaya bilərlər:

“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu

Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşenlı 507/511 “Altes Plaza”

office@ya.partners

Əlaqə: 012 555 66 84; 050 555 66 84

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR