Slimfit
  1. AZƏRBAYCAN

Vəkillər Kollegiyası məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərəcək

Vəkillər Kollegiyası məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərəcək
Sakura

Vəkillər Kollegiyası məcburi köçkünlərə pulsuz hüquqi yardım göstərəcək

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Vəkillər Kollegiyası hüquqi yardıma ehtiyacı olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi üzrə tədbirləri davam etdirir.

Femida.az xəbər verir ki, 7 dekabr 2019-cu il tarixdən başlayaraq hər ayın birinci və axırıncı həftəsinin şənbə günləri, məcburu köçkünlərin kompakt şəkildə məskunlaşdığı yaşayış məntəqələrində vətəndaşların hüquqi maarifləndirilməsi və onlara hüquqi yardım xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Layihəyə 7 dekabr 2019-cu il tarixdə məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı “Qobu-2” yaşayış məntəqəsində yaşayan v ətəndaşlarımıza hüquqi yardım xidmətlərinin göstərilməsi planlaşdırılıb. Tədbir dekbarın 7-də (Şənbə günü) saat 11.00-dan 14.00-dək keçiriləcək.

Tədbirdə hüquqi maarifləndirmə və hüquqi yardım işi Bakı şəhəri, 20 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkillər tərəfindən göstəriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR