Slimfit
  1. CƏMİYYƏT

“VAZ”ın kapotunda oturan gənc cəzalandırılacaq - Polis araşdırma aparır

“VAZ”ın kapotunda oturan gənc cəzalandırılacaq - Polis araşdırma aparır
Sakura

“VAZ”ın kapotunda oturan gənc cəzalandırılacaq - Polis araşdırma aparır

Bakı küçələrində hərəkət edən yeşiklə yüklənmiş “VAZ 2106” markalı avtomobilin üzərində oturan gənc oğlanla bağlı araşdırma başlanılıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan videogörüntüyə baxış keçirilib:

“İlkin baxışdan da məlum olur ki, bu hərəkətdə cəza tərkibi, “Yol hərəkəti haqqında” qanunun tələblərinin pozulması faktları var. Bununla bağlı araşdırma aparılır”.

V.Əsədov bildirib ki, xətanı törədənin məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda gənc oğlanın həyatını təhlükəyə ataraq hərəkətdə olan və yeşiklə yüklənmiş “VAZ 2106” markalı avtomobilin kapot hissəsində oturması əks olunan görüntülər yayılıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR