Slimfit
  1. ARAŞDIRMA

Vaxtından tez qocalmanın əsas səbəbi budur

Vaxtından tez qocalmanın əsas səbəbi budur
Sakura

Vaxtından tez qocalmanın əsas səbəbi budur

Alimlər sübut edib: qadın xroniki stress vəziyyətində yaşayırsa, onun orqanizmi fizioloji göstəricilərə görə həyatında stressi az olan qadından 10 yaş daha yaşlı olacaq.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, araşdırma zamanı ağır xəstə uşaqları olan qadınların orqanizmində gedən proseslər araşdırılıb. Məlum olub ki, xroniki stress vəziyyətində yaşayan bu qadınlarda hüceyrə səviyyəsində gedən qocalma prosesləri daha sürətli idi.  

Nyukasl Universiteti (Böyük Britaniya) alimləri aşkar ediblər ki, xroniki stress xromosom strukturlarına təsir edir, hüceyrələri "sındırır".

Bunun səbəbini alimlər hormonların təsirində görür. Stress zamanı orqanizm xüsusi stress-hormonları (kortizol, adrenalin, noradrenalin) ifraz edir. Bu hormonların təsiri qısamüddətli olarsa, orqanizmdə ciddi dəyişikliklər baş vermir. Lakin uzun müddət ərzində orqanizmdə yüksək səviyyədə olan stress-hormonları hüceyrələrin nüvəsini sındıra və onun genomuna təsir edə bilir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR