Slimfit
  1. AZƏRBAYCAN

Vatikan Bakıya Azərbaycan haqqında olan arxiv materiallarını təqdim etməyə hazırlaşır

Vatikan Bakıya Azərbaycan haqqında olan arxiv materiallarını təqdim etməyə hazırlaşır
Sakura

Vatikan Bakıya Azərbaycan haqqında olan arxiv materiallarını təqdim etməyə hazırlaşır

Azərbaycandakı katolik cəmiyyətinin rəhbəri Vladimir Fekete bildirir ki, Vatikan və Azərbaycan arasında sıx dostluq münasibətləri yaranıb ki, bu da əsasən humanitar sahədə aktiv şəkildə inkişaf edir.

O qeyd edib ki, Azərbaycan hökuməti humanitar əməkdaşlıq çərçivəsində Vatikana qədim katakombaların yenidən qurulmasında kömək edib ki, bu da iki dövlət arasında dostluq əlaqələrinin yüksək səviyyəsini göstərir.

“Humanitar sahədə qarşılıqlı əlaqə Vatikanla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın böyük spektrini güman edir. Vatikan arxivlərində Azərbaycanla bağlı çox qədim sənədlər, məktublar və materiallar aşkad olunub və hazırda iki ölkənin hökumətləri səviyyəsində Bakıda sərgi keçirmək imkanı müzakirə edilir ki, burada maraqlı sənədlər geniş Azərbaycan ictimaiyyətinə təqdim oluna bilər. Hazırda bu məsələ Vatikan və Azərbaycan hökumətlərinin diqqət mərkəzindədir” - Fekete qeyd edib.

Katolik cəmiyyətinin rəhbəri xatırladıb ki, Vatikan Azərbaycan Respublikasının müstəqillik statusunu tanıyan ölkələrin siyahısında idi ki, onunla diplomatik münasibətlər qurulub.

 

Mənbə: Massa.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR