Slimfit
  1. AZƏRBAYCAN

Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin genişləndirilməsi məsələsi müzakirə olunub

Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin genişləndirilməsi məsələsi müzakirə olunub
Sakura

Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin genişləndirilməsi məsələsi müzakirə olunub

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərdə olub.

Report” xəbər verir ki, nümayəndə heyəti ABŞ Konqresi Senatının və Nümayəndələr Palatasının üzvləri, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, Konqresin rəhbər üzvlərinin peşəkar heyəti, Dövlət Departamentinin rəsmiləri ilə görüşüb, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (The American Israel Public Affairs Committee – AIPAC) Vaşinqtonda keçirilən Siyasi Konfransının Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirinə qatılıb, habelə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (The Center for Strategic and International Studies – CSIS) “Dəyişən Qafqazda Azərbaycan: xarici və daxili siyasətdə inkişaflar” mövzusunda müzakirələrdə spiker qismində çıxış ediblər.

Konqresdə və Dövlət Departamentində keçirilmiş görüşlər çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyində rolu, terrorçuluğa qarşı mübarizə və Əfqanıstanda əməliyyatlara dəstək kontekstində gördüyü işlər və ABŞ-la əməkdaşlığı yüksək qiymətləndirilib. ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə daha geniş töhfə verməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” layihəsinin yekunlaşması istiqamətində işlərin Vaşinqton tərəfindən dəstəklənməsinin önəmi görüşlərdə xüsusi qeyd olunub.

Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar və son aylarda görülmüş tədbirlər barədə Konqres üzvlərinə məlumat verilib. Konqres üzvləri Azərbaycanda aparılan sosial-iqtisadi və siyasi islahatların ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsirini vurğulayıblar.

Görüşlərdə tərəflər regionda gedən proseslər barədə də fikir mübadiləsi aparıblar. Azərbaycanlı deputatlar ölkəyə qarşı geosiyasi təzyiqlərin qarşısının alınması baxımından ABŞ-ın siyasi dəstəyinin vacibliyini diqqətə çatdırıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə cari vəziyyət müzakirələrin əsas mövzularından biri olub. Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra onun siyasi rəhbərliyi tərəfindən səsləndirilmiş bəyanatlar Konqres üzvlərinin diqqətinə çatdırılıb. Bununla yanaşı, münaqişənin həllində ABŞ-ın rolunun daha da artırılmasının əhəmiyyətli olduğu bildirilib.

Görüşlər zamanı parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Bu sahədə qarşılıqlı səfərlərin daha da artırılmasının vacib olduğu diqqətə çatdırılıb.

Martın 29-da ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin və Amerika Xarici Siyasət Şurasının Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri spiker qismində çıxış edərək, iştirakçılara Azərbaycanda və regionda baş verən hadisələr barədə məlumat veriblər, ölkədə həyata keçirilən silsilə islahatların təfərrüatları barədə fikirlərini bölüşüblər. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda siyasi və sosial-iqtisadi vəziyyət azərbaycanlı deputatların diqqətə çatdırdıqları əsas məsələlər olub. Nümayəndə heyətinin üzvləri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov nümayəndə heyətinin ABŞ-a səfərinin çox səmərəli keçdiyini bildirib. O qeyd edib ki, səfər zamanı konqresmenlərlə, senatorlarla və Konqresin rəhbər üzvlərinin peşəkar heyəti ilə Azərbaycanın reallıqları, ölkədə həyata keçirilən islahatlar və ən əsası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ətraflı müzakirə olunub. ABŞ qanunvericiləri nümayəndə heyətini çox yüksək səviyyədə qəbul edib, öz dəstəklərini əsirgəməməyə hazır olduqlarını bildiriblər. Konqres üzvləri hazırda Azərbaycanda həyata keçirilən islahatları bəyənirlər və bunun davamlı olmasına tərəfdardırlar.

S.Seyidov bu səfərin müsbət əks-səda verəcəyinə, eləcə də ABŞ-Azərbaycan əlaqələrinin daha da genişlənəcəyinə, Azərbaycan milli maraqlarının ABŞ-da yüksək səviyyədə əks etdiriləcəyinə əmin olduğunu bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR