Dərc edildi: Baxış sayı: 796
Varxiyanlı Aşıq Məhəmməd - Yamandı
Heç kimsə düşməsin yar sevdasına,
Kimsə dözməz belə dərdə, yamandı.
Bülbül də eşq eylər gül havasma.
Onun da könlündə bir xoş gümandı.
Gəl ikimiz duraq, bir misal edək,
Nə ki var ürəkdə xoş xəyal edək,
Üzbəüz oturub dərdi-hal edək,
Mən səni görmədim xeyli zamandı.
Məhəmmədəm, sənsən mənim Gülpərim,
Ölüm ayağmda başa yalvarım,
Əl mənimdi, ətək sənin, dilbərim,
Ayırma özündən məni, amandı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət