Dərc edildi: Baxış sayı: 655
Varxiyanlı Aşıq Məhəmməd - Yada düşən yar
Yenə bu könlümə saldın bir talan,
Nihan yerdə gəlib yada düşən yar.
Əzəl mənim ilə danışıb-gülən,
İndi yadlarman bayramlaşan yar.
Doğrayıban ciyər-bağrım yargilən,
Xəzəl kimi saralıban solgilən,
Hara getsən, qayıdıban gəlgilən,
Ya bir ərin ölsün, ya da boşan yar.
Məhəmmədin könlün sən dəlməyəsən,
Bu dünyadan bir mətləb almayasan,
Günün qara keçsin, heç gülməyəsən,
Həmişə ağlamaq olsun peşən yar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət