Dərc edildi: Baxış sayı: 677
Varxiyanlı Aşıq Məhəmməd - Tükəzban
Bülbüllər ötüşüb naz ilə oynar,
Yanaqların oxşar gülə, Tükəzban!
Cığalar qıvrılıb üz ilə oynar,
Nə sığal veribsən telə, Tükəzban!
Şirin canım yar yolunun xərabı,
Xəstə cismim ayağının türabı1,
Məst eylər aşığı ləbin şərabı,
Qənd əzibsən dişə, dilə, Tükəzban!
Məhəmmədəm, indi sənə uyaram,
Mən arifəm, işarədən duyaram,
Vəsf eyləyib ölkələrə yayaram,
Tərifin dağılar elə, Tükəzban!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət