Dərc edildi: Baxış sayı: 623
Varxiyanlı Aşıq Məhəmməd - Tellərin
Xəbər almaq ayıb olmaz,
Nədəndi qısa tellərin?
Yoxsa aşiqin ölübdü?
Batıbdı yasa tellərin.
Uca dağlar ucası tək,
Şahmar ilan sucası tək,
Yaşılbaş əyricəsi tək,
Sənin də əsə tellərin.
Məhəmmədəm, yana-yana,
Yandı bağrım döndü qana,
Çapar sala Gürcüstana,
Firəngi basa tellərin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət