Slimfit
  1. ƏDƏBİYYAT

Varxiyanlı Aşıq Məhəmməd - Qurban olasan

Varxiyanlı Aşıq Məhəmməd - Qurban olasan
Sakura

Varxiyanlı Aşıq Məhəmməd - Qurban olasan

Bir belə ay gözəlin özünə qurban olasan,
Dindirib, danışdırıb, sözünə qurban olasan,
Camalı mahi-taban, üzünə qurban olasan,
Süzülüb nə xoş baxır, gözünə qurban olasan,
Nə əcəb, göftarı xoş, avazına qurban olasan.

Qız, sənin qoynun içi mixək, darçm, hil kimidi, 
Tökülüb dal gərdənə saçların sünbül kimidi,
Dəhanm şəhdi-şəkər, dodaqların bal kimidi,
Çərxi sinə, bəyaz buxaq, yanaqların gül kimidi, 
Bülbüli şeyda oluban yazma qurban olasan.

Bircə baxm bu gözələ, nə əcəb türfə çağıdı,
Məclisi məst eləyən, əlində gövsər sağıdı,
Sinəsi mərmər kimi, savalanm yaylağıdı,
Sonası pərvaz olub, şux tərlanm növrağıdı, 
Çöllərində ördəyinə, qazma qurban olasan.

İstərəm ol xudadan bir gecə yanda qalası,
Könlünə sirdaş olub, həmişə dərdin alası,
Açılmış qönçə kimi şükufəli bağ lalası,
Dağmda maral quzusu, yazmda ceyran balası. 
Səkə-səkə seyrə çıxıb, düzünə qurban olasan.

Məhəmmədəm, kəşt elədim, bu cümlə cahanı gəzib, 
Gəncəni, Qarabağı, şəkini, Şirvanı gəzib,
Xoyu, Salmas, Marağa, Təbrizi, Tehranı gəzib, 
Arayıb axtarıban, mülki-Süleymanı gəzib,
Bir belə şux gözəlin nazma qurban olasan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR