Dərc edildi: Baxış sayı: 592
Varxiyanlı Aşıq Məhəmməd - Hay gəlməz
Gəlib gördüm yar burada yatıbdı,
Hey çağırdım, qulağıma hay gəlməz.
Məğribdən məşriqə kəmənd atılsa,
Heç ustadan qaşm kimi yay gəlməz.
Silsilə asılmış yarm tovqundan1,
Bülbül fəğan eylər gülün zövqündən,
Zöhrə, sənin camalmm şövqündən,
Gün tutular, göz qamaşar, ay gəlməz.
Müştağmam, könlüm düşdü azara,
Ağlamaqdan ellər gəlib bezara,
Məhəmmədi kimlər qoyar məzara,
Bu məşhurdu yoxsul üstə bay gəlməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət