Dərc edildi: Baxış sayı: 604
Varxiyanlı Aşıq Məhəmməd - Gecə
Gəlibən getməkdən üzüldü halım,
İstərəm bu yerdə qalım bu gecə.
Nə dərdin var isə, gəl mənə söylə,
Sınıxmış könlünü alım bu gecə.
Gedibən hər yana salmışam sorax,
Sənnən də yaxşı olarmı gorax.
Bir saat gözümdən sən getsən uzax,
Dağılar dövlətim, malım bu gecə.
Ləzgi Məhəmmədəm, olmuşam məstə,
Canım da qurbandı sən təki dosta.
Başımı qoyuban ağ məmən üstə
İstərəm, səninlə olum bu gecə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət