Dərc edildi: Baxış sayı: 617
Varxiyanlı Aşıq Məhəmməd - Əziz
Şükür, gördüm camalmı, yanağı gülşən, əziz.
Zülfündən xəcalət çəkər sünbülü-reyhan, əziz.
Biz ki, eşqə mübtəlayıq, bir-birindən nigaran,
Ta ölüncə olsun bizim sirrimiz pünhan, əziz.
Səni sevən qan ağlasm, gözlərini yaş əysin.
Şad könlümün şüşəsini sındırıban daş əysin.
Camalına ikram edib, qaşlarına baş əysin.
Daim dursun xidmətində, əmrinə fərman, əziz.
Məhəmmədəm, sızıldaram, sərvi boyun görüncə.
Tər məmələr bənzəyir behiştdəki türüncə.
Dərdin məni incəldib, siyah telin bir incə.
Xəstəyəm, gəldim yanma, sən eylə dərman, əziz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət