Slimfit
  1. DÜNYA

Varlılar da “ağlayır”: Onlar 2018-ci ildə milyardlarla dollar itiriblər

Varlılar da “ağlayır”: Onlar 2018-ci ildə milyardlarla dollar itiriblər
Sakura

Dünyanın ən varlı biznesmenlərinin varidatları 2018-ci ildə 511 milyard dollar azalıb

Dünyanın ən varlı biznesmenlərinin varidatları 2018-ci ildə 511 milyard dollar azalıb.

Bu barədə “Bloomberg” agentliyinin məlumatında deyilir.

Agentliyin analitikləri tərəfindən tərtib olunan “Bloomberg Billionaires Index”inə görə dünyanın ən böyük 500 sahibkarının ümumi kapitalları 4,7 trilyon dollara qədər geriləyib.

İqtisadçı təhlilçilərin dəyərləndirmələrinə görə, “Amazon”un sahibi Ceff Bezos bir ildə 53 milyard dollar itirib. Keçən ilin əvvəlinə qədər onun ümumi sərvəti 168 milyard dollar qiymətləndirilirdisə, hazırda bu rəqəm 115 milyard dollar təşkil edir.

Bütövlükdə “Bloomberg” agentliyinin ilk beşyüzlüyündə yer alan 173 amerikalı milyarder öz sərməyələrinin 5,9%-dən məhrum olublar. Onların birlikdə sərvəti təxminən 1,9 trilyon dollar təşkil edir.

Asiyanın ən iri biznesmenlərinin aktivlərində də 144 milyard dollar azalma müşahidə edilib.

Analitiklər avropalı milyarderlərin aktivlərinin dəyərlərinin azaldığını vurğulayıblar.

Məsələn, dünyanın məşhur təkər brendlərindən sayılan Almaniyanın “Continental AG” firmasının majoritar səhmdarları sayılan Şeffler ailəsinin göstəriciləri 17 milyard dollar aşağı düşüb.

 

Mənbə: Bizimyol.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR