Slimfit
  1. MARAQLI

Varlı qaraçıların uşaqları necə evlərdə yaşayırlar: qızıl, mərmər, divarda dollarlar

Varlı  qaraçıların uşaqları necə evlərdə yaşayırlar: qızıl, mərmər, divarda dollarlar
Sakura

Qaraçılara bu sərvət haradan gəlir?

 National Geographic-in  ən yaxşı müəlliflərindən olan fotoqraflar Karla Qaşet və İvan Kaşinski jurnal üçün rumın qaraçılarının evlərinin içərisindəki həyatı göstərən əla bir seriya çəkiblər. Jurnalist Tom O'Nil isə həmin yerlərdən qayıdıb sonradan varlanan və öz arabalarını dəbdəbəli malikanələrlə əvəz edən keçmiş köçəri  ticarətçilərin həyatını təsvir edib.Ens.az oxucular üçün maraqlı olacağını nəzərə alıb, həmin yazını təqdim edir. 

 "Hadisə yeri: Rumıniyanın Buzesku şəhəri. Buxarestdən 80 kilometr cənub-qərbdə yerləşən, 5 min əhalisi olan adi bir əyalət şəhərində yalnız yüzə yaxın qaraçı malikanəsi ucalıb. Fotonun aşağısında:  şəhərciyin əsas küçəsi boyunca  müxtəlif formalı evlər tikilib - villalardan tutmuş qalalara qədər". 

Qaraçılara bu sərvət haradan gəlir?  Yerli sakinlər deyirlər: "Metal ticarəti".  Buzeskuda, qaraçıların çoxu “misgərlər” kimi tərcümə olunan Kalderaş qrupuna aiddir.  Ənənəvi olaraq dəmirçiliklə bağlıdırlar.  1980-ci illərin əvvəllərində Buzesku ailələri arabaları ilə bütün  ölkəni dolaşırdılar və şəhərlərdə dayanaraq qazanlar - brendi istehsalı üçün mis distillə kubları satırdılar.  Qazanlar yüzlərlə dollara satıldığı üçün gəlirli bir iş idi. 

Qaraçılar böyük bir maraqla uşaqlarının otaqlarını düzəldirlər. Məsələn, Vandan İspilante və 13 yaşlı qızı Edera yeni evli cütlüyün nömrəsinə bənzər bir yataq otağında pozalar verirlər.

 Daha bir uşaq otağı: valideynlər övladlarına özlərinin sahib ola bilmədiyi  hər şeyi verməyə çalışırlar: gözəl maşınlar, çoxlu oyuncaqlar.

 "Aşağıdakı şəkildə göstərilən altı yaşlı əkizlər Qelu və Edi Petraçe Pasxa bazar günü bayramının  başlamasını gözləyirlər. Onlar, Buzesku şəhərində tikilən yüzlərlə qəribə evdən birində yaşayırlar. Divardakı nəhəng dollar işarəsinə diqqət yetirin."

 "Dəbdəbəli qaraçı evlərinin sakinləri üçün xarici görünüş çox vacibdir. Aşağıdakı fotodakı 13 yaşlı Kasi öz  nişanlısı - gələcək həyat yoldaşı - 14 yaşlı Sami (şəkli şkafın qapısında asılıb) üçün bəzənir. Varlı ailələrin uşaqları arasında bu cür  razılaşdırılmış nikahlar Buzeskuda  hələ də çox yayqındır ".

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR