Slimfit
  1. İDMAN

VAR sistemi koronavirusa görə ləğv oluna bilər

VAR sistemi koronavirusa görə ləğv oluna bilər
Sakura

VAR sistemi koronavirusa görə ləğv oluna bilər

Dünyada yayılmaqda davam edən koronavirus pandemiyası Video-köməkçi Hakim (VAR) sisteminin bir müddətlik ləğvinə səbəb ola bilər.

Report” İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi otaqdakı hakimlərin məsafə qaydasına əməl etməməsini əsas gətirərək qarşıdakı günlərdə VAR sisteminin ləğvi məsələsini müzakirə edəcək.

Bildirilib ki, Londondakı “Stockley Park” rayonunda yerləşdirilmiş VAR otağı dardır və orada hakimlə birlikdə 4 nəfər çalışır. Bu kimi vəziyyətlərin koronavirusun yayılma riskini artırdığı üçün məsələ gündəmə gətirilib.

İngiltərənin məşhur hakimi Mark Klattenburq da məsələyə münasibət bildirib. O, koronavirusa görə “Stockley Park”da otağın istifadəsinin mümkünsüz olduğunu vurğulayıb: “Hər şey pəncərəsiz otaqda reallaşır. Yaxın məsafələrdə çalışırıq”.

Qeyd edək ki, VAR sistemi İngiltərə Premyer Liqasında bu mövsümdən tətbiq olunur. Çempionat martın 13-də koronavirusa görə dayandırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR