Slimfit
  1. DÜNYA

“Vaqner”in üsyan edəcəyini bilən Putinin qərarı...

“Vaqner”in üsyan edəcəyini bilən Putinin qərarı...
Sakura

“Vaqner”in üsyan edəcəyini bilən Putinin qərarı...

Rusiya xüsusi xidmət orqanları “Vaqner”in rəhbəri Yevgeni Priqojinin üsyanı başlamazdan ən azı iki-üç gün əvvəl ölkə Prezidenti Vladimir Putinə xəbərdarlıq edib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” Ukrayna və Avropa kəşfiyyatındakı həmsöhbətlərinə istinadən məlumat yayıb.

“Bu məlumatı əldə edəndən sonra strateji obyektlərin, o cümlədən Kremlin mühafizəsi gücləndirilib, mühafizəçilərin sayı artırılıb və onlara daha çox silah verilib. Lakin başqa heç bir tədbir görülməyib. Putinin üsyanı aradan qaldırmaq və təşkilatçıların həbsi barədə qərar verməyə vaxtı var idi. Üsyan başlayanda bütün səviyyələrdə iflic yarandı. Mütləq çaşqınlıq hökm sürürdü. Uzun müddət necə reaksiya verəcəklərini bilmirdilər”, - mənbələr bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb kəşfiyyatının bu bəyanatlarını cəfəngiyyat adlandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR