Slimfit
  1. SİYASƏT

Vaqif Əsədovdan plyonkalarla bağlı xəbərdarlıq

Vaqif Əsədovdan plyonkalarla bağlı xəbərdarlıq
Sakura

Vaqif Əsədovdan plyonkalarla bağlı xəbərdarlıq

Son günlər şəhərdə əksər sürücülər maşınların yan şüşələrinə plyonkalar vurmağa başlayıblar.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi idarəsilə əlaqə saxladıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, qanunda elə bir dəyişiklik yoxdur.

“Yol Hərəkəti Haqqında qanuna əlavə və dəyişikliklər edilməyib. Bizim sürücülər fürsətdən istifadə edirlər yəqin. Kimsə mövsümü pərdə vurulması ilə bağlı məsələdən istifadə edirlər.

Yol hərəkəti Haqqında qanuna edilən 1 saylı əlavədə yalnız mövsümlə əlaqəli pərdə və jalüzə icazə verilir. Plyonka vurulursa, bu artıq qanunun tələbinin pozulmasıdır”, - deyə Vaqif Əsədov bildirib.

Qeyd edək ki, hazırda maşınların yan şüşələrinə plyonka vuranlar qayda pozuntusuna yol vermiş hesab edilirlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR