Dərc edildi: Baxış sayı: 566
Vaqif Dərgahlının adından saxta profil açılıb
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının fotosu ilə saxta "Facebook" profili açılıb.
Ens.az xəbər verir ki, bu barədə Trend-ə V.Dərgahlı özü məlumat verib.
Xidmət rəisi bildirib ki, həmin profil saxtadır və onun elə bir profili yoxdur: "Mənim adımdan saxta "Facebook" profili açılıb. Xahiş edirəm buna inanmayın və profili şikayət edin".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət