Dərc edildi: Baxış sayı: 759
Vaqif Dərgahlı: "Azərbaycana məxsus 13 PUA-nın vurulması xəbəri yalandır"
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.
Ens.az xəbər verir ki, V.Dərgahlı "Report"a açıqlamasında deyib ki, bu, yanlış məlumatdır.
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur", - nazirlik rəsmisi əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət