Dərc edildi: Baxış sayı: 807
Valideynlərin iltizam sənədi yazması məsələsinə baxılacaq - AÇIQLAMA
“Evdə koronavirusa xəstəsi olan valideyn iltizam sənədi yazaraq övladını məktəbə göndərməyə bilər”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.
Onun sözlərinə görə, bu qərar ötən il olduğu kimi yeni tədris ilində də keçərlidir:
“Amma pandemiya səbəbindən övladını məktəbə göndərmək istəməyən valideynlərin iltizam sənədi yazması məsələsinə baxılacaq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarına dəyişiklik edilməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət