Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Valideyninin əvəzinə yaxın qohumu qeydiyyatdan keçən uşaqların aqibəti necə olacaq? - I sinfə qəbul

Valideyninin əvəzinə yaxın qohumu qeydiyyatdan keçən uşaqların aqibəti necə olacaq? - I sinfə qəbul
Sakura

Valideyninin əvəzinə yaxın qohumu qeydiyyatdan keçən uşaqların aqibəti necə olacaq? - I sinfə qəbul

I sinfə elektron sistem vasitəsilə qəbul davam edir.

Sistemin tətbiq dairəsi daha da genişləndiyindən valideynlərdə müəyyən sualların yaranması təbiidir.

AzEdu.az mütəmadi olaraq, bu sualları cavablandıran yazılar yayımlayır.

Daha bir oxucunun sualı:

-Bu gün bacımın övladını qeydiyyatdan keçirmək üçün öz adıma şəxsi cabinet yaratdım. Şəxsi kabinetdə uşaq haqqında məlumatı yerləşdirdim və qəbul edildi. Amma  bilmədən qohumluq dərəcəsinə valideyni qeyd etdim. Sizcə bu, məktəbə qəbulda problem yarada bilər?

Cavab:

Azyaşlını qeydiyyatdan keçirmək üçün yalnız onun valideyni və ya qəyyumluğunda olduğu şəxs müraciət edə bilər. Əgər uşağın valideyni vəfat etmiş, yaxın qohumunun qəyyumluğuna keçmişsə, bu zaman qeydiyyat mümkündür. Amma qohumluq dərəcəsində qəyyumluq göstərilməklə.

Sualda qeyd olunan hal yaşanıb, yəni, azyaşlının yaxın qohumu valideyn adından qeydiyyat keçibsə, çap olunmuş ərizəni məktəbə təqdim edərkən valideyn mütləq iştirak etməlidir. Əks halda, qeydiyyat tamamlansa belə, məktəb saxtakarlıq halı aşkar edib şagirdi qəbul etməyəcək.

Qeyd edək ki, valideyn istədiyi məktəbə sorğu yerləşdirdikdən sonra ərizəni çap edərək sentyabrın 15-cən qəbul olunduğu məktəbə təqdim etməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR