Dərc edildi: Baxış sayı: 849
Vahid Ələkbərov 1 gündə 160 milyon dollar qazandı
“Forbes” jurnalının məlumatına əsasən, dünyanın ən varlı azərbaycanlısı hesab olunan “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 24 saat ərzində 160 milyon dollar qazanıb.
Modern.az xəbər verir ki, “Lukoyl” şirkətinin səhmlərinin dünya birjalarında bahalaşması iş adamına iyunun 6-da 160,31 milyon dollar qazandırıb. Bunun sayəsində onun sərvəti 20,16 milyard dollara çatıb.
Vahid Ələkbərov ən zəngin azərbaycanlı olmaqla yanaşı, Rusiya zənginləri arasında da 3-cü pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət