Slimfit
  1. AZƏRBAYCAN

Vahid Əhmədovdan qaz açıqlaması: İnsanlar əziyyət çəkirdi

Vahid Əhmədovdan qaz açıqlaması: İnsanlar əziyyət çəkirdi
Sakura

Vahid Əhmədovdan qaz açıqlaması: İnsanlar əziyyət çəkirdi

Qazın limitinin 1700 kubmetrdən 2200 kubmetrə qaldırılması müsbət və əhəmiyyətli addımdır.

Bu, son aylar daha da geniş vüsət alan islahatlar siyasətinin tərkib hissəsidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, qazın limitinin 1700 kubmetr həddində olması bəzən insanlar, vətəndaşlar, xüsusilə, nisbətən imkansız təbəqədən olanlar və həyət evlərində yaşayanlar üçün çətinlik yaradırdı.

“Bildiyiniz kimi, limit 1700-lük həddi keçəndən sonra qiymət, tarif dəyişirdi və bu da insanların güzəranına, yaşayışına, maddi durumuna ciddi təsir edirdi.

İnsanlar bundan əziyyət çəkirdi. Onu da qeyd etmək istərdim ki, bu məsələ ilə bağlı tez-tez vətəndaşlar tərəfindən bizə, millət vəkillərinə də müraciət olunurdu. Hətta bir neçə ay öncə mətbuata açıqlamalarımdan birində də bu məsələni dilə gətirmişdim.

Eyni zamanda, deputat həmkarlarımız, o cümlədən, Fazil Mustafa bu məsələni parlamentin son iclasında qaldırdı və problemin həlli istiqamətində addımların atılmasının vacibliyini vurğuladı.

Çox yaxşı və müsbət haldır ki, bizim səsimiz eşildi, hər kəsi narahat edən məsələyə əl qoyuldu” - deyə, V. Əhmədov sözlərinə əlavə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR