Slimfit
  1. MARAQLI

Vacib imtahandan əvvəl nə yeməli?

Vacib imtahandan əvvəl nə yeməli?
Sakura

Vacib imtahandan əvvəl nə yeməli?

Bilirik ki, yaxşı qidalanmaq bizə enerji verdiyi kimi daha uzun və daha doyurucu bir həyat yaşamağımızı da təmin edir. Bəs hansı qidaların və içkilərin beyninizə yaxşı təsir etdiyini və bir imtahanda uğurlu olmağınıza kömək edəcəyini bilirsinizmi?

Yaşıl çay
Əsas tərkib: Polifenol
Faydası: Beyni qoruyur və ruh sağlamlığına yaxşı təsir edir

Yaşıl çayın tərkibindəki acıya dadan maddə olan polifenollar, beyni yaşlanmaqdan qoruya bilir. Bu maddənin hüceyrə səviyyəsində böyüməyə köməkçi olan canlandırıcı bir təsiri mövcuddur. Bundan əlavə yaşıl çay pozitiv zehni vəziyyətin açarı olan dopamin istehsalını təşviq etməsilə də tanınır. İmtahandan əvvəl ən çox ehtiyacınız olan şeylərin başında pozitiv bir ruh halı gəlir, narahatlıq ya da qorxu deyil.

Yumurta
Əsas tərkib: Kolin
Faydası: Yaddaşı inkişaf etdirir

“B-vitamini” oxşarı maddə olan kolin, beynin daha asan xatırlamasını dəstəkləyir. Edilən bəzi araşdırmalar kolin qəbulundakı artımın yaddaşı inkişaf etdirə biləcəyini ortaya çıxarıb. Yumurta sarısı isə ən zəngin və ən asan çatıla bilən təbii kolin qaynaqları arasında yer alır.

Əsas tərkib: Omega – 3 yağlı turşular
Faydası: Beyin funksiyalarında yaxşılaşma

Omega–3 yağlı turşular DHA, beyində olan başlıca çoxlu doymamış yağ turşusudur. Tərkibində Omega-3  olan qidalarla zəngin bəslənmək – vəhşi somon kimi – beyin funksiyalarını və ruh halını inkişaf etdirə bilir. İnkişaf etmiş beyin funksiyaları daha uğurlu olmağınızı təmin edəcəkdir. Balığa allergiyanız var yaxud balıq yeyə bilmirsiniz? O zaman qoz yeməyi yoxlayın.

Qara Şokalad
Əsas tərkib: Flavonoid və kofein
Faydası: Fokuslanma və konsentrasiya

Tərkibindəki flavonoiddən gələn güclü antioksidantların xüsusiyyəti ilə bağlı olaraq qara şokalad yüksək təzyiq və xolesterin dərəcəsini aşağı salır. Qara şokaladın ən faydalı yönlərindən biri də tərkibindəki xəbərdaredici maddə olan kafeindir. Niyə? Çünki enerjinizi fokuslamağı təmin edir. Ancaq yenə də diqqətli olmaqda fayda vardır. Həddən artıq kafein qəbulu sizi yerinizdə dayana bilməyəcəyiniz bir həddə gətirə bilər və bu da imtahan müddətində rahat oturmağınızı çətinləşdirə bilər. Buna görə də qara şokaladı qəhvə ya da çay ilə qarışdararaq yox, tək qəbul edin.

Mənbə: Bagcam.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR