Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Üzvi kimyaya aid yeni dərs vəsaiti çapdan çıxıb

Üzvi kimyaya aid yeni dərs vəsaiti çapdan çıxıb
Sakura

Üzvi kimyaya aid yeni dərs vəsaiti çapdan çıxıb

Yüksəkixtisaslı kimyaçı kadrların hazırlanması üçün dərsliklərin, dərs vəsaitlərinin yazılması və nəşri çox vacibdir. Hazırda tələbələrin əksəriyyətinin rus və ingilis dillərini yetərincə bilməmələri onların elmi mənbələrdən və dərsliklərdən istifadəsini çətinləşdirir.

AZƏRTAC xəbər verir ki, bütün bunları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Misir Neft Araşdırmaları İnstitutunun direktoru, professor Əhməd M. Əl-Sabah, pedaqoji elmlər doktorları (kimyanın tədrisi metodikası üzrə) Mütəllim Abbasov və Almaz Tağıyeva “Üzvi kimyanın əsas terminləri və konsepsiyaları” dərs vəsaitini yazaraq nəşr etdiriblər.

Kitabda eyni material üç dildə - Azərbaycan, ingilis və rus dilində verilib. Yeni vəsait ali məktəblərin tələbələri, magistrlər, dissertantlar, doktorantlar üçün nəzərdə tutulub. Kitabdan abituriyentlər də istifadə edə bilər. Bu, ölkəmizdə üç dildə materialların tam mətni verilən yeganə dərs vəsaitidir.

Kitabın yaxın gələcəkdə Qahirədə ərəb dilində nəşri də nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR