Slimfit
  1. DÜNYA

Üzünün bir tərəfi xərçəngdir, digər tərəfiylə gülür -Tanınmış şairin qızının ağrılı həyat hekayəsi...

Üzünün bir tərəfi xərçəngdir, digər tərəfiylə gülür -Tanınmış şairin qızının ağrılı həyat hekayəsi...
Sakura

Üzünün bir tərəfi xərçəngdir, digər tərəfiylə gülür -Tanınmış şairin qızının ağrılı həyat hekayəsi...

Moderator.az xəbər verir ki, bu haqda Türkiyə mediası xəbər yayıb. Haqqında danışdığımız xanım isə tanınmış türk şairi Camal Sürəyanın qızı Qöncə Sağnaqdır. O, üstündə alov şəkli olan bir paltar geyib və paltarın aşağı hissəsi onun yaşam tərzini ifadə edir. Paltarın üst tərəfi isə mavi rəngdədir və bununla yanaşı üstündə quşlar var, yəni həyat. Q.Sağnaq isə deyir ki,  “Hər bir şərtlə bu həyat yaşanılasıdır”. Onun üzünün bir tərəfi xərçəng xəstəliyinə tutulub və digər tərəfi ilə o, taleyinə gülümsəyir. 

Q.Sağnaq C.Sürəyanın ögəy qızlarından biridir. Onun 60 yaşı var və on il öncə xərşəng xəstəliyinə tutulub. Bununla bağlı o, dörd dəfə əməliyyat olunub. Həkimlər onun dəri xərçəngindən əziyyət çəkdiyini bildirir. Təxminən 8 ildir üzünün bir tərəfi pis vəziyyətə düşən Q.Sağnaq son zamanlar sosial mediada da populyardı. Onun geydiyi paltarın isə iki mənası var: birinci xərçəng xəstəsi olduğuna diqqət çəkmək, ikinci isə bununla mübarizədir. 
 
Q.Sağnaq olanları belə nəql edib:
 
“Üzümün bir tərəfini itirməyim həm də  işimi, həyat yoldaşımı və sosial yaşamımı itirməyimə yol açdı. İlk illərdə insanlardan uzaqlaşdım və bir müddət onların arasına çıxmırdım. Amma bir müddət sonra insanların arasına çıxmağa qərar verdim. İlk dəfə küçəyə çıxanda uşaqlar deyirdi ki, qaçın, canavar gəlir. Bazara gedəndə insanlar mənə qəribə baxırdılar. Bir müddət sonra nəvəm mənə bu cür baxanlara iradını bildirdi. Amma mən buna öyrəşmişəm”. 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR