Slimfit
  1. PSİXOLOGİYA

Uzunmüddətli evliliyin 6 mühüm sirri – Mütləq oxuyun

Uzunmüddətli evliliyin 6 mühüm sirri – Mütləq oxuyun
Sakura

Uzunmüddətli evliliyin 6 mühüm sirri – Mütləq oxuyun

Birgə yaşayışa diqqət göstərməyən cütlüklərin ailəsi ya uzun sürmür, ya da formal ailə olaraq qalır.

Teleqraf.com xəbər verir ki, çox vaxt evliliyin ilk dövrlərindən başalyaraq cütlüklərin biri-birinə diqqət və qayğısı azalmağa başlayır. Ər-arvad yavaş-yavaş bir-birlərindən uzaqlaşır və yadlaşırlar.

Boşanmayan, lakin bir-birilərindən uzaqlaşan cütlüklər həvəssiz şəkildə evlilik həyatına avam edirlər.

Ailə quran insanlar da necə deyərlər, canlı varlıqlardır. Hər bir canlının ehtiyac duyduğu kimi, onların da önəm verdiyi faktorlar var. Bunları görməzdən gəlmək, yaxud əhəmiyyət verməmək bədbəxtliyə səbəb ola bilər. Buna görə də aşağıdakı tövsiyələrə diqqət yetirmək gərəkdir.

Biri-birinizə sevginizi bildirin: Həyat yoldaşınızla bağlı müsbət hissləri ona bildirməkdən çəkinməyin. Evi cazibə mərkəzinə çevirin. Ev sadəcə yemək yeyilən və divanda televizor izləmək üçün məkan deyil.

Söhbət edin: Söhbət bir problemi müzakirə etmək, həll yolu tapmaq deməkdir. Yalnız söhbət etmək insanları səmimi və yaxın edir. Biri-birinizə vaxt ayırın. Evə yorğun gəlsəniz, ailə qayğısı ilə, uşaqla və ya yemək bişirməklə məşğul olsanız belə biri-birinizə mütləq vaxt sərf eləyin.

Duyğularınızı “mən dili” ilə ifadə edin: Qarşı tərəfin yaxşı işini qiymətləndirin, davranışından narahat olduqda, hirslənməmək və ya küsmək əvəzinə kədərinizi bildirin.

Evdən kənar birlikdə vaxt keçirin: İmkan düşdükdə heç bir məqsəd olmadan birlikdə gəzin, oturub söhbət edin. Cinsi həyatınıza diqqət edin, bir-birinizlə danışın. Soyuqluq yarandıqda, münasibətlərdə problem ortaya çıxdıqda müzakirə edin. n.

Tənqid edərkən diqqətli olun: Kimisə davranışına görə ümumiləşdirməyin. Davranışa diqqət yetirin və bu problemi həll etməyə çalışın. Keçmişdəki mənfi hadisələri xatırlatmayın, çünki keçmişi dəyişdirmək şansımız yoxdur.

Başqalarına şikayətlənməyin: Evlilik iki nəfərlik qurumdur. Ailəyə daxil olacaq uşaqlardan başqa, münasibətlər haqqında başqalarına danışmaq, həyat yoldaşından şikayətlənmək və valideynləri bu işə cəlb etmək problemlərin həllini daha da çətinləşdirir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR